Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:34 | 10.12.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 109 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 602 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573 034 nəfər müalicə olunaraq sağalıb, 8 055 nəfər vəfat edib. 21 048 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 532, bu günə qədər isə ümumilikdə 5 655 385 test icra olunub,  koronavirus (COVID-19) əleyhinə 31 155 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 862 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 852 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 837 528, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 114 379, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 609 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 113 671 buster doza vurulub


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb