Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:34 | 29.12.2021
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib. 9 756 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, bu günə qədər isə ümumilikdə 5 842 565 test icra olunub. 

Son 24 saatda bir gündə 30 157 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 908 ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 659, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 590 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 286 004, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 163 947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 669 820, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 452 237 təşkil edir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM