2022-ci il hava nəqliyyatından istifadə edənlərin sayı iki dəfə artıb

14:35 | 17.03.2023
2022-ci il "Azərbaycan Hava Yolları" tərəfindən daşınmış sərnişinlərin sayı 2021-ci illə müqayisədə 2 dəfə artaraq 2253,8 min nəfər təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2022-ci il üzrə hesabatında bildirilib. 
 
Bu dövr ərzində ümumi uçuşların sayı 2021-ci ilə nisbətən 99,6% artaraq 18,6 min uçuş müəyyən olunub. 
 
2022-ci il ərzində "Azərbaycan Hava Yolları" QSC-nin yerinə yetirdiyi reyslər üzrə ümumi sərnişin dövrüyyəsi 2021-ci illə müqayisədə 2,3 dəfə artaraq 3367,7 milyon sərnişin-km təşkil edib. Beynəlxalq reyslər üzrə isə sərnişin dövrüyəsi 2021-ci ilə nisbətən 2,6 dəfə artaraq 2886,3 milyon sərnişin - km olub.
 
2022-ci il Heydər Əliyev Beynəlxalq hava limanı ümumilikdə 36,3 min reys həyata keçirib ki, bu da 2021-ci illə müqayisədə 93,1% çoxdur. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM