2022-ci ildə Azərbaycanda bankların xarici borcları 66% artıb

20:33 | 25.01.2023
2022-ci ildə Azərbaycanda bankların xarici borcları 66% artıb

2022-ci ildə Azərbaycanda bankların xarici borcları 66% artıb

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il dekabrın 31-nə 1 milyard 761,9 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 65,7% çoxdur. Bu barədə Azərbaycan  Mərkəzi Bankı (AMB) məlumat verib. 

2022-ci ilin dekabrında bankların xarici öhdəlikləri 7,4 milyon manat və ya 0,4% azalıb (noyabrda 75,6 milyon manat azalıb).

Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 427,7 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,7% çoxdur.

Bununla yanaşı, dekabrda xalis xarici aktivlər 37,3 milyon manat və ya 0,6% azalıb (noyabrda 189,2 milyon manat azalıb).

2021-ci ildə Azərbaycanda bankların xarici öhdəlikləri 12,9% azalıb.

Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.

31 dekabr 2022-ci il tarixinə Azərbaycanda 25 bank, o cümlədən 11 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 487 filialı (2021-ci ilin sonuna nisbətən 1,7% artım) və 91 şöbəsi (2021-ci ilin sonunda 97) var.

Azərbaycanın bank sektorunda 22 777 nəfər çalışır (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 12% artım).
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM