2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,5%-ə çatacaq - S&P

16:10 | 17.11.2022
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,5%-ə çatacaq - S&P

2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,5%-ə çatacaq - S&P

S&P Global Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanda 2022-ci il üçün orta illik inflyasiya proqnozunu 13,5%-ə yüksəldib.

Bu ilin iyulunda S&P 2022-ci ilin sonunda Azərbaycanda orta illik inflyasiyanın 13% olacağını proqnozlaşdırmışdı.

Agentliyin ölkənin bank sektoru ilə bağlı icmalında qeyd olunur ki, 2022-ci ildə Azərbaycanda ÜDM artımı 4% təşkil edəcək.

"Neft və qaz Azərbaycan ixracının  90%-ni və ÜDM-in 50%-ni təşkil edir. Azərbaycan neft və qazın mövcud qiymətlərindən faydalanacaq. Ölkə iqtisadiyyatı pandemiyadan tədricən bərpa olunur, lakin uzunmüddətli artım perspektivləri təvazökar olaraq qalır. Biz 2022-ci ildə iqtisadi artımı 4% səviyyəsində proqnozlaşdırırıq ki, bu da qaz hasilatının artımı və qeyri-neft sektorunda sürətli bərpa tempi ilə bağlıdır”, -  agentlik vurğulayıb.

S&P-nin hesablamalarına görə, 2023-2025-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 1,5% təşkil edəcək.

"Azərbaycan digər ölkələr kimi inflyasiya təzyiqi ilə üzləşir. Bu, ərzaq məhsullarının bahalaşması və bəzi kommunal xidmətlərin tariflərinin artması ilə əlaqədardır. Biz 2022-ci ildə ölkədə orta illik inflyasiyanı 13,5% səviyyəsində proqnozlaşdırırıq”, - icmalda qeyd edilib.

2022-ci ilin 10 ayının yekunlarına görə, Azərbaycanda ÜDM artımı 5,2%, inflyasiya 13,7% təşkil edib.

Azərbaycan hökuməti 2022-ci ilin sonuna ÜDM artımını 3,5%, orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır.

2021-ci ilin sonunda Azərbaycanda ÜDM artımı 5,6%, orta illik inflyasiya 6,7% təşkil edib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM