2022- ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

11:14 | 30.11.2022
2022- ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

2022- ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

2022-ci ilin 10 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard 226,8 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 511,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabrında hər bir ölkə sakini orta hesabla 718,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 106,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
 
2022-ci ilin yanvar-oktyabrında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4210,1 milyon manat olub. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən (BŞSİ)
 
bildirilib.

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə  6,8 faiz artdığı bildirilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3897,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 92,6 faizini təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb