2022-ci ildə əsas kapitala 5,5 faizdən çox vəsait yönəlib

13:11 | 17.01.2023
2022-ci ildə əsas kapitala 5,5 faizdən çox vəsait yönəlib

2022-ci ildə əsas kapitala 5,5 faizdən çox vəsait yönəlib

Azərbaycanda 2022-ci ildə əsas kapitala  5,5 faiz  çox vəsait yönəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 13461,5 milyon manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb.
 
İstifadə olunmuş vəsaitin 10611,3 milyon manatı məhsul istehsalı sahələrinə, 6735,6 milyon manatı xidmət sahələrinə, 925,4 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub. 

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM