İqtisadi və sosial sahələrin inkişafı üçün ayrılan vəsait artıb - RƏSMİ

17:45 | 18.01.2023
İqtisadi və sosial sahələrin inkişafı üçün ayrılan vəsait artıb - RƏSMİ

İqtisadi və sosial sahələrin inkişafı üçün ayrılan vəsait artıb - RƏSMİ

2022-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2021- ci illə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsinin 2022-ci ilə dair hesabatında məlumat verilib.
 
Ümumilikdə, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18272,3 milyon manat yönəldilib.
 
"Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artıb”, - hesabatda deyilir.
 
Statistikaya görə, ümumi sərmayənin  10611,3 milyon manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinin, 6735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinin, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. 

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri isə ümumi sərmayənin 80,6 faizini təşkil edib. 

Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 9002,0 milyon manat, büdcə vəsaitləri 6660,5 milyon manat, əhalinin şəxsi vəsaitləri 1221,9 milyon manat, bank  kreditləri 472,1 milyon manat, sair vəsaitlər 915,8 milyon manat təşkil edib. 

Lida 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM