2022-ci ildə PAŞA Bank-ın kredit portfeli 2021-ci illə müqayisədə 2 milyard manatdan 2,28 milyard manata kimi yüksəlib. Bunu PAŞA Bank-ın baş direktoru və idarə heyətinin sədri Cavid Quliyev bildirib.
" PAŞA Bankın keçən il adekvatlıq əmsalı 17.13% təşkil edib. Ölkə bankları arasında bankın kredit portfelinin ümumi payı 25 faiz olub",- Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Baş direktor bildirib ki, Paşa bank korporativ müştərilərə 32 milyon manat vəsait ayırıb.
PAŞA Bank Azərbaycanda rəqəmsal platforma yaradan ilk bankdır.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !