2022-ci ilin ən çox pul qazanan futbolçuları - SİYAHI

17:06 | 21.09.2022
2022-ci ilin ən çox pul  qazanan futbolçuları - SİYAHI

2022-ci ilin ən çox pul qazanan futbolçuları - SİYAHI

Kilian Mbappe 2022-ci ilin ən çox pul qazanan futbolçusu olub. Bu barədə "sportico” saytı məlumat yayıb.


Futbol dünyasının parlaq iki üzvü Kriştiano Ronaldo və Lionel Messi birlikdə 12 ilin oyunçusu mükafatını qazanıblar. Uzun karyeraları ərzində hər ikisi 1 milyard dollardan çox əmək haqqı sahibi olub. 


Ancaq 37 yaşlı Ronaldo və 35 yaşlı Messidən sonra yeni bir kumir ortaya çıxıb və o, indi Ronaldu və Messi qədər qazanc əldə edir. Bu, Kylian Mbappedir. 2022-23-cü il  mövsümündə maaş və sponsorlardan ən azı 125 milyon dollar qazanacaq blokbaster müqaviləsinin uzadılmasına imza atdıqdan sonra ən çox qazanan futbolçu olub.


Mbappe keçən həftə "The Wall Street Journal”-a Ronaldo və Messiyə istinad edərək "İnsanların oyuna yanaşma tərzini dəyişdirdilər" deyib.

 

"Düşünürəm ki, onların rəqabəti bir çox insanı valeh edir. Onlar futbola və həyata eyni cür baxmırlar. Onlar on ildən artıqdır ki, bunun üzərində diş və dırnaqları ilə mübarizə aparırlar. Mənim üçün bütün uşaqlığım bu idi”, - Kilian Mbappe deyib.


Kilian Mbappe Paris klubu ilə bağladığı yeni müqavilə sayəsində reytinq cədvəlində birinci yerə çıxıb. Bu mövsüm komanda ilə razılaşmaya əsasən, o, 105$ milyon alacaq. Daha 20 milyonu isə forvarda sponsorluq müqavilələri gətirəcək.


İkinci yerdə 113 milyonla "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo qərarlaşıb. 37 yaşlı hücumçu "qırmızı şeytanlar"la müqavilədən 53 milyon, sponsorluq müqavilələrindən isə 60 milyon alacaq.


Dünyanın ən çox maaş alan oyunçular üçlüyünü digər PSJ futbolçusu, argentinalı Lionel Messi qapadıb. O, 110 milyon (62+48) qazanacaq.


2022-ci ilin ən çox qazanan futbolçularının siyahısı:


1. Kilian Mbappe (PSJ, Fransa) - 125 milyon dollar


2. Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə) - 113 milyon dollar


3. Lionel Messi ("Barselona", İspaniya) - 110 milyon dollar


4. Neymar (PSJ) - 91 milyon dollar


5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 39,5 milyon dollar


6. Eden Azar ("Real Madrid", İspaniya) - 31,3 milyon dollar


7. Andres İnyesta ("Vissel Kobe", Yaponiya) - 30 milyon dollar


8. Rahim Sterlinq ("Mançester Siti", İngiltərə) - 29,4 milyon dollar


9. Kevin De Brüyne ("Mançester Siti") - 29 milyon dollar


10. Antuan Qrizmann ("Atletiko" Madrid, İspaniya) - 27,5 milyon dollar

 


 


 

Sadiq Cavadov


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM