Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

16:33 | 03.01.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 924 nəfərdir. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, bu günə qədər isə ümumilikdə 5 883 101 test icra olunub, koronavirus (COVID-19) əleyhinə 80 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 346 365, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 419, ikinci mərhələ üzrə 4 676 664 nəfər təşkil edir.

Ümumilikdə isə 1 500 282 "buster” doza vurulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb