Vilayət Eyvazovdan yeni TƏYİNAT

12:48 | 11.01.2022
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Anews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Tural Şahbəndiyev Abşeron Rayon Mühafizə Polis İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub. 

Sözü gedən idarənin sabiq rəisi Emin Məmmədov ötən il koronavirus infeksiyasından vəfat etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM