Baş nazir Əli Əsədov "Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə qərarı imzalayıb.
İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ədliyyə Nazirliyinə tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş hədlərdə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini altı ay müddətində təmin etsinlər.
Bu Qərarda dəyişiklik "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !