Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:32 | 22.04.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 nəfər yoluxub, 18 nəfər sağalıb, ölən olmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 331, bu günə qədər isə ümumilikdə 6 788 729 test icra olunub.
 
Həmçinin, son sutkada koronavirus əleyhinə 4 811 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 779, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 288 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 619 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 706, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 999, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 206 660, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 991 nəfər təşkil edir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb