Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:13 | 03.05.2022
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Mayın 2-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistanın  Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən atıcı silahlar ilə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şəxsi heyət və texnikada itki yoxdur.

"Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - məlumatda qeyd edilib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM