Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:35 | 13.05.2022
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 nəfər yoluxub, 7 nəfər sağalıb, ölən yoxdur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
 
İndiyədək ölkədə ümumilikdə 792 664 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 890 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 65 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 658, bu günə qədər isə ümumilikdə 6 847 892 test icra olunub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM