Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsi davam edir. Ukrayna Silahlı Qüvvələrinin generalı müharibənin bu günə olan qısa icmalını təqdim edib.
Məlumata görə, düşmən Lisiçansk və Severodonetsk yaşayış məntəqələri ərazilərində hücum əməliyyatını davam etdirir.
Boyaro-Lezhaçi, Bruski, Starı Vırki, Sumı vilayəti və Qremyaç, Çerniqov artilleriya və minaatanlardan atəşə tutulub.
Belarus Respublikası ərazisindən raket və bomba zərbələri təhlükəsi davam edir.
Xarkov istiqamətində düşmən qüvvələrini işğal olunmuş xətləri saxlamağa çalışır.
Slavyansk ərazisində - Dovqenkoye, Bolşaya Kamışevaxa və Dolinada mülki infrastruktur obyektləri atəşə tutulub.
Donetsk və Liman istiqamətində yaşayış məntəqələri atəşə tutulub. Severodonetskə hücum cəhdi uğursuz olub.
Donetsk vilayətində gecə saatlarında düşmənin səkkiz tankı, on dörd zirehli texnikası və altı texnikası məhv edilib. Rusiyaya məxsus "Orlan-10” tipli pilotsuz uçuş aparatı vurulub.
Bessarabiya istiqamətində vəziyyət dəyişməz olaraq qalır.
Qara və Azov dənizlərindəki düşmən gəmi qrupları mülki gəmilərin qarşısını almağa davam edir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !