Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:43 | 05.06.2022
Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 nəfər yoluxub, 1 nəfər müalicə olunaraq sağalıb, ölən olmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

İndiyədək ölkədə ümumilikdə 792 808 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 041 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 54 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 134, bu günə qədər isə ümumilikdə 6 907 553 test icra olunub.
 
Azərbaycanda ötən gündə 1 544 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 195, ikinci doza vaksinlərin sayı 147 təşkil edib.Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 079-dur. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 123 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 733 819, birinci doza peyvəndlərin ümumi sayı 5 349 325, ikinci doza vaksinlərin sayı 4 848 964 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 287 880, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 650 olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM