Milli Məclisin iclası başladı - YENİLƏNİB

11:28 | 18.11.2022
Milli Məclisin iclası başladı - YENİLƏNİB

Milli Məclisin iclası başladı - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən iclasında "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub.
 
Gələn il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.
11:20
Milli Məclis "2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda qəbul edib.


Belə ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

11:00 
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
 
İclasda büdcə zərfinə daxil olan sənədlər müzakirə ediləcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb