Azərbaycanda işsizlərin sayı açıqlandı

15:52 | 18.11.2022
Azərbaycanda işsizlərin sayı açıqlandı

Azərbaycanda işsizlərin sayı açıqlandı

Bu ilin noyabrın 1-ə olan məlumata görə Azərbaycanda 301,9 min nəfər işsiz şəxs olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu ilin əvvəlindən ötən 10 ay ərzində ölkədə işsizlərin sayı 13,8 min nəfər azalıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 355,7 min nəfər olub, onlardan 5 milyon 53,8 min nəfərini məşğul əhali təşkil edib.

Azərbaycanda işsizlərin sayı son 18 ildə ən yüksək səviyyəyə ötən ilin əvvəlində çatıb.(Yeniavaz)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM