Fərdi identifikasiya nömrələrinin alınması tələbi konstitusiyaya ziddir. Bunu Milli Məclisin iclasında "Siyasi partiyalar haqqında” qanunun müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Fərdi identifikasiya nömrələrinin alınması tələbi partiya üzvləri arasında müəyyən çaşqınlıq yaradıb. Fərdi identifikasiya nömrəsi ilə vətəndaş hər hansı yerdən kredit götürə bilər, qanunun bu maddəsi ilə bu informasiyaya çoxlu adamın çıxışı olur və bu artıq konfidensiallığını itirir. "Fərdi məlumatlar haqqında” qanunun 18.4-cü maddəsində göstərilir ki, fərdi məlumatların informasiya sisteminə fərdi məlumatların daxil edilməsi və istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Hesab edirəm ki, konfidensial informasiyanın bu qədər geniş yayılması doğru deyil və qəbul etdiyimiz qanunlara ziddir.”, - deputat bildirib.
Deputat 8-ci maddə olan siyasi partiyaların fəaliyyətinin 2 aydan 6 aya qədər müvəqqəti dayandırılması barədə məsələ də diqqət çəkib. O bildirib ki, konstitusiyanın "Birləşmək” adlanan 58-ci maddəsinə görə, yalnız məhkəmə qaydasında onun fəaliyyətinə xitam verilə bilər.
"Hesab edirəm ki, bu maddə də konstitusiyaya ziddir və bu səbəbdən qanundan çıxarılmalıdır.
partiyalar necə təşkil və idarə olunması partiyanın daxili nizamnaməsi ilə müəyyən olunur. qanunun 14-15-ci maddələrdə qeyd olunur ki, ali kollegiyal orqan yalnız qurultay, sonra isə icra orqanları olmalıdır. Bu da totalitar normadır və bu səbəbdən qanundan çıxarılmalıdır”-deputat bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !