2023-cü il deputatlar hansı təklif və çıxışlarla yadda qalıb? - İCMAL/VİDEO

18:58 | 29.12.2023
2023-cü il deputatlar hansı təklif və çıxışlarla yadda qalıb? - İCMAL/VİDEO

2023-cü il deputatlar hansı təklif və çıxışlarla yadda qalıb? - İCMAL/VİDEO

Dekabrın 30-da Milli Məclisin cari il üçün nəzərdə tutulan sonuncu iclası keçiriəcək. Bu il Parlamentdə bir sıra maraqlı çıxışlar, təkliflər və xoş olmayan hadisələrlə yadda qalıb.
 
Anews.az il ərzində deputat arasında səsləndirilən ən maraqlı çıxışlar və təklifləri təqdim edir.


2023-cü il bir neçə deputat təhsil sahəsində ciddi problemlərin olduğunu deyib. 


Belə ki, deputat Ceyhun Məmmədov təhsildə ciddi problemlərin olduğunu və bu sahənin inkişaf əvəzinə tənəzzülə getdiyini açıqlayıb. 

Musa Qasımlı da Təhsil Nazirliyininin planlaşdırma və pronozlaşdırılmasını sıfır səviyyəsində qiymətləndirib. 

Deputat Fəzail İbrahimli qırmızı diplomlara qarşı diqqətsizliyi əsas gətirərək söyləyib ki, hazırda qırmızı diplom qızların cehizinə, oğlanların arxivinə çevrilib. O təklif edib ki, qanunvericilikdə bu məsələyə diqqət ayrılmalıdır. 

Fəzail Ağamalı da təhsildə müəyyən problemlərin olduğunu dilə gətirərək Salyan Regional Təhsil Şöbəsinin müdirinin təhsildən anlayışı olmadığını deyib.

Siyavuş Novruzov  təhsil sahəsində müəllimlərin sertfikatlaşmasını əsas götürərək bildirib ki, müəllimlərin əxlaqı heç bir test meyarı ilə ölçülmür. Bununla bağlı hər hansı bir mexanizm olmalıdır. 

Anar İsgəndərov isə sovet təhsilini nümunə çəkərək qeyd edib ki, hazırda məktəblərdə müəllim problemi var. Bakıdan rayonlara dərs deməyə gələn müəllimlərin nəticələri çox da ürəkaçan deyil. 

Naqif Həmzəyev məktəblilərin kriminal həyatı təbliğ edən mahnıları dinləməsini pisləyərək Təhsil Nazirliyinin aiddiyatı şəxslərini təndiq edib. O bildirib ki, buna nəzarət yoxdur. 

Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetini korrupsiya mənbəyinə çevrildiyini açıqlayaraq Təhsil Nazirliyini bu məsələyə göz yumduğunu bildirib. Deputat həmçinin vurğulayıb ki, dünyanın QS reytinqində (World University Rankings) Azərbaycan universitetlərinin acınacaqlı durumu ilə bağlı prezidentə məlumat verilməlidir. 
 
Razi Nurullayev isə İmişlidə Yapon səfirliyinin uşaq bağçasını bərpa etmək istədiyini, amma Təhsil Nazirliyini buna icazə vermədiyini bildirib. Buna görə millət vəkili nazirliyi təndiq edib. 

Elnur Allahverdiyev televiziya, qəzet və informasiya agentliklərinin hər zaman dövlətin yanında olmasını əsaslandıraq onlara ayrılan maliyyə dəstəyinin artırılmasını təklif edib. 

Elşad Mirbəşir cari il bir neçə çıxışında sosial şəbəbdən yeniyenetlərin istifadəsi ilə bağlı narahatlığını ifadə edərək sosial şəbəkələrə nəzarətin tənzimlənməsinin vacibliyini bildirib. 
 
Azərbaycan parlamentində insan haqları məsələlərinə də toxunulub


Siyavuş Novruzov Avropa Məhkəməsini tənqid etməklə hər zaman müxalifətin lehinə qərarlar çıxarmasını pisləyib. Deputat söyləyib ki, bununla bağlı statistik tətqiqat aparıb və gəldiyi nəticə bundan ibarətdir ki, Avropa Məhkməsi Azərbaycan hökumətinə qarşı qərəzli mövqedədir. 

Deputat Bəhruz Məhərrəmov məhkəməni aclıqla, susuzluqla və şantaj etmə ilə hakimin iradəsinə təzyiq edənləri hüquq pozuntusu adlandırmaqla bu cür addımı tənqid edib. 

Fazil Mustafa polis bölmələrində müvəqqəti qeydiyyatda olanlarla bağlı mexanizm hazırlanmadığı təqdirdə ciddi problemlər yaranacağını söyləyib. Əziz Ələkbərli də söyləyib ki, polis bölmələrində vətəndaşların qeydiyyatdan çıxarılması həmin şəxslər arasında gərginlik yaradır. 
 
Sahib Alıyev Avropa Birliyinin Bakıdakı rəhbərliyini bir qrup jurnalistlərlə görüş keçirməsini pisləyib və bunu Qərbdən Azərbaycanda qəbul olunan "Media haqqında” qanuna təziqlər olunması kimi qiymətləndirib.
 
Deputat Qüdrət Həsənquliyev məhkəmə hüquq-mühafizə orqanlarının fəaliyyətini qənaətbəxş hesab etməyərək söyləyib ki, 8 istintaq orqanı ləğv edilib vahid bir istintaq forması yaradılmalıdır. 
 
 
Sosial problemlərlə bağlı ən maraqlı çıxışlar


Deputat Rəşad Mahmudov Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuledilməsini təklif etsə də, həmkarı Siyavuş Novruzov bunun qəbuledilməz olduğunu adlandıraraq bunu Allaha qarşı çıxmaq kimi qiymətləndirib.
 

Fazil Mustafa və bir neçə həmkarı il ərzində regionlarda iş yerlərinin açılmamasını problem kimi göstərərək bu istiqamətdə ciddi işlərin görülməsinin vacib olduğunu açıqlayıb. Vahid Əhmədov da bu istiqamətdə çıxışlar edərək söyləyib ki, indi 300 manat adamın 1 həftəlik xərclərinə çatır. 
 

Zahid Oruc bir sıra səbəb gətirərək yerli televizyalara baxanların sayının 5-6 illə müqayisədə bir neçə dəfə azaldığını bildirib. Ona dəstək olan Səyavuş Novruzov söyləyib ki, televiziyalarda yaşlı adamların evləndirilməsi Azərbaycan mentaliletinə ziddir və gənclərin əxlaqına pis təsir edir. 


Deputat Zahid Oruc "Sosial sığorta haqqında” və "İşsizlikdə sığorta haqqında” qanuna təkliflər zamanı işsilzik müavinətlərinin verilməsində yeni yanaşmaya ehtiyac olduğunu qeyd edib. 

Azər Badamov  Yaşmada gənclər şəhərinin tikilməsini və ora Heydərabad adı qoyulmasını təklif edib. 

Deputat Tahir Kərimli regionlardakı vəziyyəti müzakirə edərək bildirib ki, nə qədər sosial vəziyyətlə bağlı tənqidlər olunsa da nəticə çıxaran yoxdur. O, irad kimi "nə vaxta qədər bu camaata qara camaat kimi baxacayıq”  deyə söylənib. 

Etibar Əliyev "Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aiddiyatı dövlət orqanlarının və prezidentin fərmanları pozaraq öz qurumu daxilində yeni bir elektron poçt serveri formalaşdırıb” açıqlaması ilə diqqət çəkib. Deputat qeyd edib ki, bu Milli Məclisin qəbul etdiyi qanunlara qarşı hörmətsizlikdir. 
 
Qüdrət Həsənquliyev Xankəndinə hələ də vətəndaşların köçürülməməsindən narahatlığını ifadə edib. Bildirib ki, bununla bağlı aiddiyatı nümayəndə Milli Məclisdə deputatlara məlumat verməlidir. O həmçinin Qarabağda hələ də kənd həyatının qurulmamasını ilə bağlı vətəndaşların narazılığını diqqətə çatıdırıb. 

Razi Nurullayev vətəndaşların orqanlarının satılması ilə bağlı rastlaşdığı elanların olmasından narahatlığını ifadə edib. Bildirib ki, aiddiyatı qurumlar bu məsələləri araşdırmalıdır. Deputat ehtimal edib ki, bu kiminsə biznesi ola bilər və insanlar bunun qurbanı ola bilər. 

Sədaqət Vəliyeva isə ailə məhkəmələrinin yaradılmasının zamanı çatdığını söyləyib. O bildirib ki, xaricdə belə bir təcrübə var. Azərbaycanda da bu cür məhkəmələr olmalıdır. 
 
 
Parlamentdə səsləndirililən siyasi çıxışlar

Razi Nurullayev  iqtidarın əlehinə tənqidlər səsləndirən müxalifətə səslənərək "İlham Əliyevin siyasətini tənqid etmək vicdansızlıqdır və buna görə adamın ağzı əyilə bilər" deyib. 

Deputat Zahid Oruc cari il Sosial Tədqiqat Mərkəzinin hesabatına istinad edərək hökumətin xalq qarşısnda ehtimadının aşağı olmasını açıqlayıb. Buna cavab olaraq baş nazir Əli Əsədov deputata bildirib ki, bunun hansı meyar və cihazla ölçülməsi ilə bağlı ona açıqlama versin. 

Vahid Əhmədov Hesabalama Palatasının audit yoxlamalarını tənqid etməklə hər il pozuntular aşkar edilsə də bu davamlı olaraq təkrarlanır deyib. 

Sabir Rüstəmxanlı özünü müxalifət partiaysının rəhbəri kimi göstərən deputatlara bildirib ki, bütün müxalifət nümayəndələrini eyniləşdirmək doğru yanaşma deyil. 

Səyavuş Novruzov dezinformaiya yayanlara qarşı sərt addımların atılmasını təklif edib və bildirib ki, İran pulu ilə maliyyələşənlər cəzasını almalıdır. 
 

Deputat Bəhruz Məhərrəmov çıxışlarının birində vurğulayıb ki, pulunu "USAİD”-dən, "NED”-dən alan medialar "Azad media” ola bilməz. 
 
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra deputatlar xaricdəki səfirliklərin mühafizəsinə ayrılan pulun artırılmasını təklif edib. 

Fazil Mustafa Azərbaycanda matəm günlərinin ləğv olunmasını təklif edib. 
 
Sabir Rüstəmxanlı Azərbaycandan xaricə kitab göndərmək üçün kitabın qiymətindən artıq poçt ödənişi edilməsi ilə bağlı iradlarını bildirib. Təklif edib ki, bu məsələdə bir tənzimləmə olsun. 
 
Millət vəkili Erkin Qədirli 2023-2025-ci illərdə Azəərbaycanda 4 seçkinin keçiriləcəyini ehtimalı ilə bağlı açıqlama verib. 
 
Qüdrət Həsənquliyev Xankəndində İlham Əliyevin adına məscid tikilməsini və Qarabağda Preizdentin adına bir şəhər salınmasını təklif edib. 

Tahir Kərimli özünü müxalifət partiyası sədri kimi Milli Məclisdəki tribunasından səslənərək söyləyib ki, Qarabağı alan şəxsin ətrafında müxalifətçilik etmək doğru deyil. Ona görə də müxalifət partiyalarına səslənərək İlham Əliyevin ətrafında birləşməyə çağırıb.
 
Asim Mollazadə həmçinin İnformasiya müharibəsində Azərbaycanın gücü yetərli olmadığını açıqlayıb. Bildirib ki, Ermənistan bu prosesdə peşəkar kommukasiyalardan istifadə edir. 



Parlamentdə səsləndirilən iqtisadiyyatla bağlı təkliflər

Vahid Əhmədov Əmanətlərin Sığorta Fondunu tənqid edərək bildirib ki, qurum necə ildir bağlanan banklarda əmanəti olan şəxslərin pulunu qaytarmır və nəticədə narazlıq yaranır. 

Cari ildə həmçinin bir neçə deputat "Utilizasiya haqqında” qanunla bağlı iradlarını bildirib. Belə ki, deputat Vüqar Bayramov bununla bağlı ayrıca qanun olmalıdır deyib. Deputat söyləyib ki,  bu qanun avtomobillərin bahalaşmasına səbəb olacaq. Millət vəkili Əli Məsimli də bu qanunun yenidən hazırlanmasının vacibliyini bildirib.  Asim Mollazadə hesab edir ki, bu qanunun olmasının məqsədi vətəndaşlardan daha çox pul yığmaq üçündür. Deputat Məzahir Əfəndiyev də bu qanunun bir çox bəndləri üzrə dəyişiliklər edilməsinin ehtiyac olduğunu söyləyib. 

Deputat Elnur Allahverdiyev Bakıda taksilərin sayının normadan 4-5 dəfə çox olduğunu əsaslandıraraq bir nizam nəzarət mexaniziminin olmasının vacibliyini söyləyib. Məlahət İbrahimqızı taksilərlə bağlı çıxışında söyləyib ki, Heydər Əliyev Hava Limanına takislərin əlindən girmək olmur. Ora girən kimi taksi sürücüləri arı kimi adamın üzərinə hücum edirlər. Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanda avtobusların sayı artırılsa nəqliyyat sahəsində olan problemlər həllini tapar. Vahid Əhmədov söyləyib ki, avtomobillə bağlı yeni qanun taksilərin sayını azaltmayacaq və qiymətlərə təsir etməyəcək. Azay Quliyev təklif edib ki, Bakıda elə ərazilər var ki, ora avtobuslar işləmir, bu məsələ araşdırılmalıdır. 12-də Rəqəmsal,inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi ucuz taksi xidməti yoxdur. Nazir vurğulayıb ki, yeni qanundan sonra taksi xidmətlərinin qiymətləri birmənalı olaraq qalxacaq. İyulun 14-də "Avtomobil nəqliyaytı haqqında” qanun qüvvəyə minib. Belə ki, taksi sürücüləri üçün bir sıra yeni qaydalar tətbiq olunub. 

Razi Nurllayev xaricdəki təcrübəni nümunə göstərərək təklif edib ki, Azərbaycanda kasıblar üçün supermarketlər olsun. O bildirib ki, Almaniyada və Amerikada belə bir təcrübə ilə qarşılaşıb. Belə ki, ehtiyacı olanlar üçün məhsullar olur, hansı ki, onlar gəlib həmin məhsulları səbətdən toplayıb pulsuz apara bilir.  

Etibar Əliyev dərmanların qiymətinin və kefiyyətinin aşağı olmasının tənqid edərək bildirib ki, əvvəllər əldən ayaqqabı alırdılarsa, indi dərman alırlar. 

2023-cü il Gədəbəyin Söyüdlü kəndində baş verən vətəndaş polis qarşıdurması deputatlar tərəfindən təndiq olunub. Belə ki, deputat Elman Nəsirov hadisənin planlı şəkildə hazırlandığını açıqlayıb. Arzu Nağıyev bildirib ki, baş verən hadisəni daha sivil qaydada həll etmək olardı.Ceyhun Məmmədov sosial şəbələrə nəzarətlə bağlı qanunun olmasının vacibliyini vurğulayıb. Azər Badamov söyləyib ki, Azərbaycan sabit ölkədir və baş verən hadisəni daha sivil qaydada həll etmək olardı. Etibar Əliyev baş verən hadisədə SOROSU günahlandırıb və prosesdə onların əli olduğunu deyib. Aqil Abbas isə qeyd edib ki, hadisədə FETO-nun günahı var. Zahid Oruc isə deyib ki,  Prezident tapşırıq verməzdən öncə hökumət Söyüdlüdə baş verən hadisələrlə bağlı hərəkətə keçməli idi. 

Fazil Mustafa təklif edib ki, Azərbaycan məhsullarının dünyada satışı üçün brendləri yaradılmalıdır. 

Qüdrət Həsənquliyev söyləyib ki, hökumət qanunsuz tikililərlə bağlı hər hansı təşəbbüslə çıxış edə bilmir. O bildirib ki, hökumət bunu görsə də, bir tənzimləmə aparmır. 

Vüqar Bayramov Azərbaycanda iş saatlarının azaldılmasını təklif edib. O bildirib ki, bir sıra inkişaf etmiş ölkələrin praktikası göstərir ki, işə başlama və işin başa çatma saatlarının, xüsusən də sektor üzrə fərqləndirilməsi tıxacların azaldılmasında istifadə edilən mühüm və səmərəli alətlərdən biridir.

Milli Məclis bu il həm də 16 ildən sonra "Rəqabət Məcəlləsini” qanunu qəbul edib. Etibar Əliyev ali təhsil müəssislərində rəqabətə diqqət ayrılmasının vacibliyini deyib. Vahid Əhmədov da bu qanunun mütləq qəbul olunmasının vacibliyini əsaslandırıb. Razi Nurullayev isə deyib ki, Rəqabət məcəlləsi idxal olunan mallar üzrə ucuzluq yaratmayacaq və vətəndaşlarımız da boşuna ümidlənməsinlər. Tahir Mirkişili bildirib ki, Rəqabət Məcəlləsi ilə bağlı Milli Məclisə 60 təklif verilib və bu təkliflərin bir çoxu qanunda əksini tapıb. Qanun yanvarın 1-dən qüvvəyə minəcək. 

Qüdrət Həsənquliyev 450 manata maaş alan polislərin xidmətinin çətinliyini əsaslandıraraq bu məbləğin artırılmasını təklif edib. Bəhruz Məhərrəmov da vurğulayıb ki, polis əməkdaşları fiks aylıq maaşdan əlavə xidməti vəzifələrinə görə əlavələr alır. Məhərrəmov əlavə edib ki, polislərin həyat və sağlamlığı da həmçinin dövlət büdcəsi hesabına sığortalanır. Milli Məclisin deputatları Fəzail AğamalıAydın Mirzəzadə təklif edib ki, polislərin sosial durumunun daha da yaxşılaşdırılmasına ehtiyac var. 
 
Bundan başqa Tahir Kərimli 3 ildir siyasi partiyalara ayrılan maliyyə yardımlarına artım olmamasından gileylənib.

Asim Mollazadə nazir Sahil Babayevin və Fərid Qayıbovun qaziləri işə almamasından narazılığını bildirib. O dəfələrlə bununla bağlı nazirlərə müraciət etsə də nəticəsi olmadığını söyləyib.

Fazil Mustafa Bakı ilə müqayisədə regionalarda qaz və elektrik tarifləri arasında fərqin olmasına ehtiyac olduğunu deyib.  O bildirib ki, rayonlarda işsiz əhalini bu kommunal xərclərdə nəzərə almaq vacibdir. 

Musa Quliyev müharibədən sonra travma alan qazilərin müalicəsi üçün Reabilitasiya Mərkəzinin açılması vacib olduğunu açıqlayıb. 

Siyavuş Novruzov öncədən proqnozlaşdırıla bilməyən hadisələrin mümkünlüyünü  əsas gətirərək təklif edib ki, Prezidentin ehtiyat fonduna köçürülən pulun məbləği artırılsın. 

Fazil Mustafa XXI əsrdə hələ də regionalara qatarların getməsi problemi həll olunmamasına narahatlığını ifadə edib. 

Zahid Oruc Ermənistanda 4 uşağa ödəniləcək 4 min dollar nümunə çəkərək Azərbaycanda doğum əmsalının azalmasını istiqamətində ciddi tədbirlərin olmasına işarə edib. Siyavuş Novruzov isə dəfn pullarının artırılmasının vacibliyini deyib və vurğulayıb ki, indi verilən 500 manatla heç qəbirstanlığın qapısına gedib çıxmaq olmaz. 

Vüqar Bayramov son 4 ildə büdcə proqnozları özünü doğrultmadığını açıqlayıb. O bildirib ki, proqnozlaşma metodologiyasının hazırlanmasına ehtiyac var. 
 Siyavuş Novruzov uşaq evlərindən sonra çıxan qızların taleyin ümidinə buraxılmasını doğru hesab etmədiyini deyib və təklif edib ki, bununla bağlı bir nəzarət mexanizmi yaradılmalıdır. O həmçinin təklif edib ki, Azərbaycanda 7-8 uşaq doğan anaya "Qəhrəman ana” statusu verilməlidir. 

Elnur Allahverdiyev müharibədən sonra Azərbaycanla bağlı heç bir bədii filmin çəkilmədiyindən gileylənib. O bildirib ki, film çəkmək istəyənlər üçün vergi güzəştləri olmalıdır. 
 
2023-cü ildə millət vəkilləri ilə bağlı yaşanan hadisələr
 
Martın 28-də deputat Fazil Mustafaya qarşı evinin qarşısında silahlı hücum olub. Hücum nəticəsində deputat əlindən və ayağından güllə yarası alıb. Hadisəni ölkə başçısı terror adlandıraraq İranı günahlandırıb.  Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Milli Məclisin İltizam komitəsi aprelin 28-də deputat Vahid Əhmədovun blogger Mehman Hüseynova müsahibə verməsini tənqid edərək ona töhmət verib. Deputata töhmət verilməsi deputatlar tərəfindən təklif edilib. Belə ki, Fəzail Ağamalı Vahid Əhmədovun müsahibəsində verdiyi açıqlamara əsasən onun prezidentin sosial siyasətinə kölgə salması kimi qiymətləndirib. Deputat Hikmət Babaoğlu bildirib ki, Vahid Əhmədov özünü Heydər Əliyevlə bərabər tutmaqla çox səhv addım atıb. Milli Məclisin aprelin 25-də keçirilən iclasında 11-ə yaxın deputat Vahid Əhmədovun çıxışına sərt çıxışlar ediblər. Parlamentin sədri Sahibə Qafarova İntizam Komitəsinə bu məsələnin baxılması ilə bağlı tapşırıq verib. Vahid Əhmədov deputatlara cavab olaraq bildirib ki, o həmişə dövlətin yanında olub və qeyd edib ki, deputatların çıxışı ona qarşı qərəzli formada hazırlanıb. Kim tərəfindən hazırlanmasını isə zamanla açıqlayacaq. 
 
2023-cü ilin iyulunda VI çağırış Milli Məclisin deputatı olmuş Madər Musayev ağciyər və böyrək çatışmazlığından vəfat edib.

Sentyabrın 23-dəmillət vəkili Qənirə Paşayeva naməlum mənşəli hipotonik vəziyyət diaqnozu ilə  Mərkəzi Kliniki Mərkəzə daxil olub və sentyabrın 28-də  vəfat edib.  
 

 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb