2023-cü ildə 26 sahibkar subyekti sənaye zonalarında qeydiyyata düşüb

17:06 | 15.01.2024
2023-cü ildə 26 sahibkar subyekti sənaye zonalarında qeydiyyata düşüb

2023-cü ildə 26 sahibkar subyekti sənaye zonalarında qeydiyyata düşüb

2023-cü ildə 26 sahibkarlıq subyekti İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarə etdiyi sənaye zonalarının rezidenti olub. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Cabbarov bildirib  ki, 2023-cü ildə Ağdam Sənaye Parkında 7, Araz Vadisi İqtisadi Zonasında 5, Sumqayıt Kimya Sənaye Parkında 8, Pirallahı Sənaye Parkında 3, Hacıqabul Sənaye Parkında 1,  1 Sabirabad sənaye Parkında  - 2 sahibkarlıq subyekti rezident statusu alıb.

"Bu rezidentlərin layihələrə ümumi investisiyaları 471 milyon manat olub. Bu layihələrin həyata keçirilməsi 3,1 mindən çox iş yerinin yaradılmasına imkan verəcək”, - nazir vurğulayıb.

Cabbarob həmçinin qeyd edib ki,  Azərbaycanın müstəqil zonalarında 2023-cü ildə 12 müəssisə fəaliyyətə başlayıb.  

"Bu müəssisələrin tikintisinə 135 milyon manat investisiya qoyulub", -  Cabbarov X platformasında yazıb.

O qeyd edib ki, bu müəssisələrin istifadəyə verilməsi 744 daimi iş yerinin yaradılmasına imkan verib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM