2023-cü ildə 64 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

13:55 | 11.09.2023
2023-cü ildə 64 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

2023-cü ildə 64 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

2023-cü ilin yanvar-avqustunda vətəndaş müraciətlərinin araşdırılması zamanı 347,1 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

Bildirilir ki, ödənilən vəsaitin 78,2 faizi əmək haqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.

Cari ilin səkkiz ayında 64 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Hesabat dövründə Xidmət tərəfindən 9856 sayda ərizə (şikayət) araşdırılıb, 4662 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 5846 vətəndaş fərdi qaydada qəbul edilib.
 
Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) altı ay ərzində 723 vətəndaşa xidmət göstərib,38 nəfərin problemi ofis daxilində dinlənilib. Bunu Azərbaycanda Əmək Hüquqlarının Müdafiəsi: Movcud Vəziyyət və Perspektivlər çərçivəsində keçirlən konfranda İLRA-nin təsisçisi və direktoru Fərid Rustamzadə bildirib.
 
108 işçisinin problemi Dövlət Əmək Müfəttişliyi Xidmətinə yönləndirlib. Hüquqları pozulmaqla bağlı müraciət edənlərin 55% kişi, 45%-i qadındır. Şikayətçilərin əsasən 65%-i özəl, 35%-i isə dövlət sektorundan hüququ pozulan vətəndaşlardır.
 
ILRA-ya müraciət edənlərin 90%-i işləyən, 10% isə işdən çıxıb müraciət edən vətəndaşlardır. 
 
Əmək Hüquqlarının Müdafiəsi İnstitutu (ILRA) 2021-ci ildə təsis edilib. Azərbaycanda işçilərə münasibətdə əmək hüquqlarının təmin edilməsinə dəstək göstərir. Bu məqsədlə, ILRA əmək hüquqları sahəsində maarifləndirmə tədbir və kampaniyaları təşkil edir, vətəndaşlara pulsuz hüquqi yardım göstərir və müvafiq qurumların fəaliyyətini yaxından izləyir. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM