Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycana 3,7 min ton şokolad və tərkibində kakao olan digər hazır qida məhsulları ixrac edib. Bu barədə Eurostat məlumat verib.
2022-ci illə müqayisədə tədarüklər 3,8 dəfə artıb.
Pul ifadəsində ixrac 2,6 dəfə artaraq rekord həddə - 16,8 milyon avroya çatıb.
Aİ ölkələri arasında 2023-cü ildə Azərbaycana şokolad və tərkibində kakao olan digər hazır qida məhsulları ixrac edən ilk beşliyə aşağıdakılar daxildir: Polşa - 1,5 min ton (artım 9,8 dəfə) 4,7 milyon avro (artım 5,2 dəfə) , Hollandiya - 1,4 min ton (49 dəfə artım) 5,3 milyon avro (53 dəfə artım), Almaniya - 274 ton (11% azalma) 3,4 milyon avro (artım 25%), Belçika - 201 ton (artım 30,9% 1,3 milyon avro (artım 76,9%) və İtaliya - 132 ton (azalma 19,8%) 0,9 milyon avro (10,3% azalma).
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !