2023-cü ildə Azərbaycan Qazaxıstan neftinin nəqlini artırıb

14:45 | 12.01.2024
2023-cü ildə Azərbaycan Qazaxıstan neftinin nəqlini artırıb

2023-cü ildə Azərbaycan Qazaxıstan neftinin nəqlini artırıb

2023-cü ildə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan "Kaztransoil” şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 392 min tona çatdırıb. Bu barədə "Kaztransoil” şirkətinin yaydığı məlumada bildirilib.

Bildirilir ki, "Tengiz" yatağından Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətində Aktau limanına ixrac üçün göndərilən neftin həcmi son 1 ildə 205 min tondan 1 milyon 392 min tona qədər artıb, bu da 2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur.

Ötən il Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 376 min ton təşkil edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min ton və ya 48,9 % çoxdur.

Qazaxıstan neftinin BTC boru kəməri ilə nəqli üçün Aktau limanından Bakıya gətirilməsi bu ilin fevralında nəzərdə tutulmuşdu.  Lakin Ceyhan terminalında yükləmə əməliyyatları müvəqqəti olaraq dayandırıldığı  daşınma ləngidimişdi.
 
"Tengizşevroil” (Tengiz yatağının işlənməsi üzrə operator) öz növbəsində Türkiyədə baş vermiş zəlzələnin nəticələrinə görə, ixracın dayandırıldığını bildirmişdi.
 
"Tengiz" yatağından başqa Qazaxıstan Bakıya martın 20-də "Kaşaqan" yatağından da 6,500 min ton neft göndərib ki , o da daha sonra BTC ilə nəql ediləcək. 
 
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM