2023-cü ildə Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. Bu barədə Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, 2023-cü ilin aprelindən başlayaraq əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
"Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub", - məlumatda vurğulanıb.
Epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Ötən gün Azərbaycan Texniki Universitetində (AzTU) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.
2022-ci dünyada qızılca xəstəliyindən ölənlərin sayı 136 minə çatıb ki, bu da 2021-ci illə müqayisədə 43% çoxdur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesabat yayıb.
Oktyabrın 17-də Səhiyyə Nazirliyi 2014-cü ildən bu yana Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş vermədiyinə görə ÜST-ün infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edildiyini qeyd edib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !