2023-cü ildə Azərbaycandan qaz ixracı ötən illə müqayisədə 6,9% artıb. Bu barədə SOCAR məlumat verib.
"2023-cü ildə Azərbaycandan qaz ixracı 2022-ci illə müqayisədə 6,9% artaraq 23 milyard 856 milyon 355,587 min kubmetr təşkil edib”, - şirkətdən bildirilib.
SOCAR-ın məlumatına görə, 2023-cü ildə Azərbaycanda qaz istehlakının həcmi 13 milyard 439 milyon 700,969 min kubmetr (azalma 0,7%) təşkil edib.
Şirkətdən bildirilib ki, ötən il SOCAR-ın tərkibinə daxil olan Azərbaycan Qaz Emalı Zavodu 3 milyard 506 milyon 843,456 min kubmetr qaz (artım 1,6% -İF-Az) emal edib.
Daha əvvəl məlumat verildiyi kimi, 2023-cü ildə Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (artım 3,8%) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr (artım 4,2%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !