2023-cü ildə BTC ilə neft nəqli 1,7% artıb.

16:34 | 17.01.2024
2023-cü ildə BTC ilə neft nəqli 1,7%  artıb.

2023-cü ildə BTC ilə neft nəqli 1,7% artıb.

2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac edilən neftin həcmi 30 milyon 191,6 min ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1,68% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 
 
2023-cü ildə Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 75,9 faizi BTC neft kəməri ilə ixravın payına düşüb. 

Departamentin məlumatına görə, 2023-cü ildə BTC ilə nəql olunmuş bütün neftin 82,6 faizi və ya 24 milyon 950,9 min ton (artım 1,2 faiz ) Azərbaycan neftinin payına düşüb.

Ötən il Qazaxıstan və Türkmənistandan BTC ilə nəql olunmuş tranzit neftinin payı ümumi nəqledilən neftin 17,4%-ni və ya 5 milyon 240,7 min ton (artım 2,7%) təşkil edib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin SOCAR-ın nefti nəql olunur. BTC həmçinin Xəzər dənizi regionunun bir sıra digər ölkələrindən də neft nəql edilir.

BTC neft kəmərinin uzunluğu 1768 min km-dir ki, bunun da Azərbaycanda - 443 km, Gürcüstanda - 249 km, Türkiyədə - 1076 min km-dir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq neftdir.

BTC Co.-nun səhmdarları. bunlardır: bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%). 2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM