2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı 228,811 milyon barel təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1,5% çoxdur, Türkiyənin BOTAŞ International Limited (BIL - Türkiyə hissəsinin operatoru) şirkətindən bildirilib.
Şirkətin məlumatına görə, 2023-cü ilin dekabrında BTC neft kəməri ilə 19,439 milyon barel (2022-ci ilin dekabrından -2,3%) nəql edilib.
2022-ci ildə BTC vasitəsilə neft ixracı 225,445 milyon barel (2021-ci il göstəricisinin +12,6%-i) təşkil edib.
Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından kondensat, həmçinin SOCAR-dan neft və kondensat vurulur. BTC digər mənbələrdən də neft nəql edir.
BTC neft kəmərinin uzunluğu 1768 min km-dir ki, bunun da Azərbaycanda - 443 km, Gürcüstanda - 249 km, Türkiyədə - 1076 min km-dir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq neftdir.
BTC Co.-nun səhmdarları bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir. 2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !