Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 26,6% təşkil edib ki bu da 2022-ci il ilə müqayisədə 5,7% çoxdur.
Dövlət büdcəsi gəlirlərinin 45,8 %-i və ya 16,1 milyard manatı vergi orqanlarının , 18%-i və ya 6,3 faizi gömrük orqanlarının 33,3%-i Dövlət Neft Fondundan transferlərin payına düşüb.
Dövlət büdcəsinin gəlirlərinin tərkibind qeyri neft sektoru üzzrə daxilolmalar 17,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 7,1% , 2022-ci il ilə müqayisədə 11,3% çoxdur.
Büdcənin xərclər hissəsinə gəlincə nazir bildirib ki, sosialyönkü xərclər büdcə xərclərinin 35,8%-ni təşkil edib.
Ötən il elm xərcləri 193,6 milyon manat olub ki, bu da proqnoza nisbətən 1,4 milyon manat və ya 0,7% az , 2022-ci illə müqayisədə isə 25,8 milyon manat və 15,3% çoxdur.
Hesabat ilində elm xərcləri ÜDM-in 0,2%-i dövlət büdcəsi xərclərinin isə 0,5%-i təşkil edib.
2023-cü ilin dövlət büdcəsində təhsil xərclərinə 4129,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Bunun 2124,8 milyon manatı istifadə edilib ki , bu proqnoza nisbətən 0,1% az, 2022-ci ilin göstəricisindən isə 11,6% çoxdur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !