2023-cü ildə dövlət torpaqlarının özəlləşdirilməsi azalıb

11:52 | 30.01.2024
2023-cü ildə dövlət torpaqlarının özəlləşdirilməsi azalıb

2023-cü ildə dövlət torpaqlarının özəlləşdirilməsi azalıb

2023-cü ildə Azərbaycanda 48,7 hektar dövlət torpaqları özəlləşdirilib. 2022-ci ildə bu göstərici  53,9  hektar təşkil edib. Bu baradə ƏMDX-nin Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsinin müdiri  İlqar Həbiyev  məlumat verib.  
 
Onun sözlərinə grə, 2023-cü ildə özəlləşdirilən dövlət torpağının 39,7 hektarı Bakıda, 9 hektarı isə Azərbaycanın bölgələrində yerləşib. 2022-ci ildə bu göstərici uyğun olaraq 35,8 və 18,1 hektar təşkil edib. 
 
2023-cü ildə 245 kiçik dövlət müəssisə (2022-ci ildə 304),  538 nəqliyyat  vasitəsi (2022-ci ildə 513) ,  9 səhmləri satılmış səhmdar cəmiyyət (keçən il 16) və 111 özəllədirilən müəssisənin torpaq sahəsi  (keçən il 262) özəlləşdirilib. 
 
N.Təbrizli

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM