Azərbaycanda 2023-cü ildə "ƏDV-nin qaytarılması mexanizminin bir hissəsi” çərçivəsində əhaliyə 154,2 milyon manata yaxın vəsait qaytarılıb. Bu barədə Vergilər Nazirliyi məlumat verib.
"2023-cü il üçün portalda qeydiyyatdan keçmiş istehlakçılara 154 milyon 178,8 min manat məbləğində ƏDV qaytarılıb”, - məlumatda qeyd olunur.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin martında "ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiqləyib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət, qida, səhiyyə müəssisələrində ödənişlər edərkən ƏDV-nin bir hissəsini 30 gün ərzində ala bilərlər.
Mexanizmə əsasən, ƏDV-nin qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı satın alarkən satıcıdan nəzarət-kassa aparatının çekini və terminal nəzarət-kassa aparatına qoşulmadıqda POS terminaldan çıxarışı tələb etməlidir.
Pərakəndə və ya qida obyektlərində ödənişlər üzrə ƏDV-nin bir hissəsinin geri qaytarılması nağd ödənişlər üzrə ƏDV-nin 5%-nin, nağdsız ödənişlər üzrə ƏDV-nin 17,5%-nin qaytarılmasını nəzərdə tutur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !