2023-cü ildə gəlirlərin 33% Neft Fondu hesabına icra olunub

17:41 | 22.01.2024
2023-cü ildə gəlirlərin 33% Neft Fondu  hesabına icra olunub

2023-cü ildə gəlirlərin 33% Neft Fondu hesabına icra olunub

2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 2022-ci illə müqayisədə 16% artaraq    35,6 milyard manat təşkil edib.  Bu barədə Maliyyə Nazirliyi məlumat verib.
 
Qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49,0 faizini 17,4 milyard manat olub. 8,4 mln.Bu sektordan daxilolmalar proqnozla nəzərdə tutulduğundan 7,8%,  2022-ci illə müqayisədə isə  13,5% çoxdur.

Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin  45,3%-I  və ya 16,1 milyard manat vəsait daxil olub ki,  bu da proqnoza nisbətən 7,6%, 2022-ci illə müqayisədə isə  3,8% çoxdur.

Neft-qaz sektoru üzrə dövlət büdcəsinə  vergi daxilolmaları 6,4 milyard mln. manat təşkil edib. Bu da proqnoza nisbətən  6,9% çoxdur.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11,7 milyard manat və ya ümumi gəlirlərin 33,0% qədər vəsait daxil olub.  
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM