2023-cü ildə hasil ediləcək qazın həcmi açıqlandı

17:40 | 28.11.2022
2023-cü ildə hasil ediləcək qazın həcmi açıqlandı

2023-cü ildə hasil ediləcək qazın həcmi açıqlandı

2023-cü il üçün Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından qaz hasilatı 25,4 milyard kubmetr həcmində proqnozlaşdırılır ki, bu da 2022-ci ildə gözlənilən göstəricidən 5,8% çoxdur. Bu barədə Azərbaycan Hesablama Palatasının Dövlət Neft Fondunun  2023-cü il büdcəsi ilə bağlı  rəyində qeyd olunur.  

2023-cü ildə Şahdənizdə kondensat hasilatı 2022-ci ildəki 33,8 milyon barelə qarşı 36,4 milyon barel səviyyəsində proqnozlaşdırılıb. Beləliklə, artım 7,7% olacaq.

BP-Azerbaijan 2022-ci ilin yanvar-sentyabrında "Şahdəniz” yatağından 18 milyard kubmetr qaz hasil edib (keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artım).  2022-ci ilin doqquz ayında kondensat hasilatı  təxminən 27 milyon barel (3 milyon tondan çox) təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,5% çoxdur.

2021-ci ildə BP-Azərbaycan şirkəti "Şahdəniz” yatağından 22,62 milyard kubmetr qaz və 34,08 milyon barel kondensat hasil edib.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Şahdəniz layihəsinin iştirakçıları: BP (operator, 28,8%), Petronas (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%), TPAO (19%).

Hazırda "Şahdəniz” yatağından qaz hasilatı Mərhələ-1 çərçivəsində Alfa platformasından və Mərhələ-2 çərçivəsində Bravo platformasından həyata keçirilir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM