2023-cü il Ombudsman müraciəti ilə 59 məhkum əfv edilib. Bunu İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Səbinə Əliyeva Milli Məclisdə hesabat verərkən bildirib.
O bildirib ki, 2022-ci il qurumun müraciəti əsasında 864 məhkum azadlığa çıxıb.
2023-cü il mayın 8-də məhkum edilmiş bir sıra şəxslərin Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Yanvarın 31-də Ədliyyə Nazirliyi 2023-cü ildə Heydər Əliyevin 100 illiyi münasibətilə 801 məhkumun azadlıqdan məhrum etmə və digər cəzalardan azad edildiyini bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !