2023-cü ildə qeyri neft-qaz sektorunda artım olub

10:09 | 15.02.2024
2023-cü ildə qeyri neft-qaz sektorunda artım olub

2023-cü ildə qeyri neft-qaz sektorunda artım olub

2023-cü ildə Azərbaycanda qeyri neft-qaz sektoru üzrə 3,7% artım olub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Azərbaycanda neft-qaz hasilatının proqnozunun enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə  təsirlər təbii və gözlənilən idi. Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda  aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir",- nazir fevralın 15-də keçirilən Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda bildirib.

2023-cü ildə Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2022-ci ilə nisbətən 9,8 % çoxdur.
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM