2023-cü ildə qeyri neft sektorunun ÜDM-də payı artıb - Nazir

11:51 | 23.05.2024
2023-cü ildə qeyri neft sektorunun ÜDM-də payı artıb - Nazir

2023-cü ildə qeyri neft sektorunun ÜDM-də payı artıb - Nazir

2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik əldə edilib, inflyasiya bir rəqəmli olub, qeyri neft sektorunun ixracda payı artıb. Bunu maliyyə naziri Samir Şərifov bildirib.


"İqtisadiyyatın şaxələnməsi və biznes mühitinin yaxşılaşdırılması UDM artımını qeyri neft sektoru hesabına əldə etməyə imkan verib”, - Şərifov bildirib. 


Onun sözlərinə görə, 2023-cü ildə Ünumi Daxili Məhsul real ifadədə 1,1 % artıb və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil efib. Qeyri neft/qaz sektorunda 3,7%artım, neft-qaz sektorunda 3,7% artım, neft-qaz sektorunda isə neft hasilatımın azalması ilə əlaqədar 1,7 % azalma qeydə alınıb. 


Ötən il adambaşına düşən ÜDM  real ifadədə 0,5% artaraq 12,1 min manat təşkil edib. 


2023-cü ildə illik inflyasiya 2022-ci il ilə müqayidədə 8,8% olub. 


2023-cü ildə UDM də ən böyük faizə sənaye sektoru malilk olub. Sənayenin payına ÜDM istehsalının 40,5 %, turizmə - 2,2%, tikinti və nəqliyyata - 10%, kənd təsərrüfatına - 5,5% düşüb .


" Fiskal  və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin əvvəlki ildəki kimi sabitliyini təmin edib”, - Şərifov əlavə edib. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb