2023-cü ildən həyata keçiriləcək vergi güzəştləri Azərbaycanda kredit faizlərinin azaldılmasına kömək edəcək. Bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib.
"Fiziki şəxlərin və qiymətli kağızlar üzrə gəlirlərin vergidən azal edilməsi, o cümlədən əhaliyə verilən əmanətlər üzrə vergi ödənişlərinin azaldılması kredit faizlərinə müsbət rtəsir edəcək, həmçinin bankların likvidliyini artırmağa imkan verəcək", - Zakir Nuriyev Dördüncü Beynəlxalq Bankçılıq forumunda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan banklarının aktivləri 3 milyard manat, əmanətlərin həcmi 11 milyard manat, xalis mənfəət isə 683 milyon manat təşkil edib.
"Bütün bunlar Azərbaycan banklarına 2023-cü ildə yüksək texnologiyalar tətbiq etməyə imkan verəcək", - Nuriyev bildirib.
Azərbaycancan Vergi məcəlləsinə edilən dəyişikliklərə görə, 2023-cü il yanvarın 1-dən ölkədə "Fiziki şəxlərin və qiymətli kağızlar üzrə gəlirlərin vergidən azad edilməsi nəzərdə tutulub. Qanunvericilik həmçinin əhaliyə verilən əmanətlər üzrə vergi ödənişlərinin azaldılmasını nəzərdə tutub.
Aytac Şirəliyeva
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !