2023-cü ilin iki ayında qazlaşdırılan yaşayış məntəqələrinin sayı açıqlanıb

11:50 | 10.03.2023
2023-cü ilin yanvar-fevralında ölkədə 32 yaşayış məntəqəsi və yeni yaşayış massivi qazlaşdırılıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov bildirib.

"Hazırda 36 kənd və yeni yaşayış massivində qazlaşdırma işləri davam etdirilir.  23 yaşayış massivi və kəndin qazlaşdırılma işləri tamamlanıb. Hesabat dövründə qeyri yaşayış və əhali olmaqla 12,5 min yeni abonent qeydiyata alınıb. Cəmi abonentlərin sayı 2,5 milyon nəfəri ötüb”,-  Teymur Cəfərov bildirib. 

2022-ci ilin 10 ayında "Azəriqaz” İB-nin qaz itkiləri 6.8% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalıb. 

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, 2023-cü ildə ümumilikdə 5000 km-ə yaxın qaz xəttlərinin təmiri nəzərdə tutulub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb