2023-cü ilin sonuna kimi illik inflyasiya 8,3% proqnozlaşdırılır- SƏDR

10:51 | 05.06.2023
2023-cü ilin sonuna kimi illik inflyasiya 8,3% proqnozlaşdırılır- SƏDR

2023-cü ilin sonuna kimi illik inflyasiya 8,3% proqnozlaşdırılır- SƏDR

2023-cü ilin sonuna kimi illik  inflyasiya 8,3% proqnozlaşdırılır. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib. 

"İlin sonuna kimi Ümumi Daxil Məhsul 1,8 və ya 2 faiz civarında olacaq. Neft proqnozları isə 5,7% çatacaq. Bizi narahat edən ərzaq qiymətlərinin artımıdır. İlin sonuna kimi illik  inflyasiya 8.3% olacaq. Mart proqnozlarımız 7,9 % idi”, - sədr bildirib. 

Kazımov valyuta ehtiyatların 12% artaraq 66 milyarda çatdığını açıqlayıb. 
 
Mərkəzi bankın ehtiyatları isə 2,2% artaraq 9,2 milyarda çatıb. 

Kredit portfeli 4% artaraq 20 milyard olub və kredit portfelinin kefiyyəti 3,7%-ə düşüb.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb