2023-cü ilin yanvar-fevralında 106 Azərbaycan Respublikası vətəndaşının sığınacaq ərizəsinə baxılıb, 8 Azərbaycan vətəndaşı isə Almaniyadan sığınacaq alıb. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözçüsü Lioba Hebauer məlumat verib.
"Onlardan cəmi 3 nəfər Almaniya Miqrasiya Qanununun üçüncü paraqrafına, 5 nəfər isə, dördüncü paraqrafına uyğun sığınacaq alıblar. 43 nəfərin müraciətinə isə rədd cavabı verilib”.
Federal idarənin sözçüsü qeyd edib ki, 55 Azərbaycan Respublikası vətəndaşının müraciəti "Dublin” və s. prosedurlar səbəbindən baxılmadan müvafiq ölkə və idarələrə yönləndirilib.
Bu ilin yanvar-fevralı ərzində federal idarəyə ümumilikdə 58802 əcnəbi vətəndaş sığınacaq üçün müraciət edib.
Ötən il Azərbaycan vətəndaşları tərəfindən Almaniyaya daxil olan ilkin müraciət ərizələrindən cəmi 67-sinə müsbət cavab verilib.
2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları tərəfindən federal idarəyə ümumilikdə 217 774 ərizə daxil olub. Müraciət edənlər bu ölkədən sığınacaq istəyiblər.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !