2023-cü ilin yanvarında Azərbaycanda idxal artıb, ixrac isə azalıb

15:35 | 14.03.2023
2023-cü ilin yanvarında Azərbaycanda idxal artıb, ixrac isə azalıb

2023-cü ilin yanvarında Azərbaycanda idxal artıb, ixrac isə azalıb

2023-cü ilin yanvarında ölkənin xarici ticarət dövriyyəsi 4591,4 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə idxal 18,7 faiz artıb, ixrac isə 1,0 faiz azalıb. Bu barədə Dövlət Statistika Komitəsində məlumat yayılıb.
 
Ölkəyə 73 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal olunub.
 
Bu ilin yanvarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə 19,8 faiz artaraq 284,5 milyon dollar təşkil edib.
 
2022-ci ildə ölkəyə 68 min 684 ədəd minik avtomobili, 5127 ədəd yük avtomobili, 415 ədəd avtobus idxal olunub.
 
2022-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 119 ölkəyə məhsul ixrac, 160 ölkədən isə idxal olunub.
 
2023-cü ilin yanvarında Azərbaycan dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM