Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

13:01 | 17.01.2023
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Azərbaycanda 2022-ci ildə pərakəndə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 3 faiz artaraq, 99,7 faizini təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Komitənin məlumatına görə, pərakəndə ticarət dövriyyəsi  istehlakçılara 52,2 milyard manatlıq, ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
 
2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılarına 16,2 faizi isə digər qeyriərzaq mallarının alınmasına sərf olunub.
 
Hesabata görə, keçən ilin eyni dövrü ilə müqayisədə müəssisələr üzrə 2,2 faiz, fərdi sahibkarlar üzrə 3,0 faiz, bazar və yarmarkalarda 4,2 faiz artım müşahidə olunub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb