Sabahın hava proqnozu açıqlanıb

12:40 | 18.01.2023
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Yanvarın 19-da gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM