Peyvənd olunanların sayı açıqlandı

18:30 | 19.01.2023
Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 387 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 152, ikinci doza vaksinlərin sayı 56 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dür. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 35 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 938 983 olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM