Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

10:37 | 01.02.2023
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 8,25%-dən 8,5%-ə kimi  artırıb. Bu barədə AMB xəbər verib. 

Mərkəzi Bankın məlumatında qeyd olunur ki, faiz dəhlizinin aşağı həddi 6,25%-dən 6,75%-ə, yuxarı həddi 9,25%-dən 9,5%-ə qaldırılıb.
 
"Qərara alınıb ki, 2023-cü ilin fevral ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlasınlar. Qeyd olunan qərarlar monetar şəraiti sərtləşdirməklə inflyasiyanın tələb amillərinin effektiv tənzimlənməsinə imkan verir.Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir", - AMB bildirib.

Bu qərar fevralın 1-dən qüvvəyə minir.

Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 2022-ci il dekabrın 16-da 25 b.p artırıb. – 8,25%-ə qədər.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb