Peyvənd olunanların sayı açıqlanıb

16:43 | 05.02.2023
Azərbaycanda son sutkada 128 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 37, ikinci doza vaksinlərin sayı 23 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 56-dır. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 12 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 943 868 olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb