Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov vəfat edib.
O, bu gün 62 yaşında dünyasını dəyişib.
Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. 1998-ci ildə "Əməkdar artist”, 2012-ci ildə "Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !