Rusiyanın itkilərinin sayı açıqlanıb

10:43 | 14.03.2023
Rusiyanın itkilərinin sayı açıqlanıb

Rusiyanın itkilərinin sayı açıqlanıb

Hazırda Rusiyanın ümumi itkiləri 160 min nəfərdən çoxdur. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
 
Ukrayna Rusiyanın son sutkada 700-dən çox əsgərini məhv edib.
 
Rusiya Silahlı Qüvvələrinin müharibədəki digər döyüş itkiləri isə 3 484 tank, 6 789 zirehli maşın, 2 120 operativ-taktiki PUA, 495 reaktiv yaylım atəşi sistemi, 2 519 artilleriya sistemi, 260 hava hücumundan müdafiə sistemi, 304 təyyarə, 289 helikopter, 5 367 avtomobil və tanker və 256 xüsusi texnikadan ibarətdir.

Martın 14-nə olan məlumata görə, Rusiyanın 304 təyyarəsi, 289 helikopteri və 18 gəmisi/katarı məhv edilib.

Ukraynanın şərqində bir aydan artıqdır ki, dağıdıcı döyüşlər gedir, döyüş əməliyyatları rusların uzun müddətdir ələ keçirməyə çalışdığı və böyük itkilər verdiyi Baxmut şəhərindədir.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb